23 C
Baku
Sunday, July 3, 2022

Taxıl əkən fermerlərə 151,7 mln. manatdan çox subsidiya ödənilib  

2021/2022-ci payızlıq əkin dövründə ölkə üzrə taxıl əkmiş fermerlərin mütləq əksəriyyəri əkinlərini vaxtında bəyan edərək subsidiyanı ilin əvvəlində almaq imkanı qazanıblar.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bunu Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərlə keçirilən görüşdə Nazirliyin Aparat rəhbəri Rəfail Quliyev deyib.

Onun sözlərinə görə, artıq 2021/2022-ci il üçün ümumilikdə 768 520 hektar əkin sahəsi üzrə 235 min nəfərdən çox fermerə payızlıq əkin subsidiyası ödənilib.

Bildirilib ki, ödənişin ümumi miqdarı 151,7 mln. manatdan çoxdur.

 

 

Son xəbərlər
Oxşar xəbərlər