7 C
Baku
Thursday, December 5, 2024

Taxıl dəhlizindən 10 gəmi ilə 305 min ton yük daşınıb

Qlobal ərzaq böhranının həlli üçün Türkiyənin koordinasiyası ilə həyata keçirilən taxıl daşınması çərçivəsində ötən bir həftə ərzində 10 ticarət gəmisi ilə Ukrayna limanlarından 305 min 458 ton dənli bitkilər təhlükəsiz şəkildə dünya bazarlarına çıxarılıb.

Qeyd edək ki, iyulun 22-də İstanbulda Türkiyə, Rusiya Federasiyası, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında “Ukrayna Limanlarından Taxıl və Ərzaq Məhsullarının Təhlükəsiz Daşınması Təşəbbüs” imzalanıb.

Sənəd çərçivəsində iyulun 27-də Ukraynanın taxıl və digər ərzaq məhsullarının dünya bazarlarına ixracı üçün hazırlanmış planı və onun monitorinqini həyata keçirəcək Birgə Koordinasiya Mərkəzinin (MKM) açılışı olub.

İlk gəmi avqustun 1-də Ukraynadan yola düşüb.

Son xəbərlər
Digər xəbərlər