8 C
Baku
Friday, December 13, 2024

“Taxıl dəhlizi” çərçivəsində Ukraynadan 403 gəmi yola düşüb

“Taxıl dəhlizi” razılaşmasının həyata keçirilməsi çərçivəsində görülən işlərin davamı olaraq 6 gəmi Ukraynanın Odessa vilayətindəki limanlardan yola düşüb.

Bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi rəsmi Facebook səhifəsində məlumat yayıb.

O da qeyd olunub ki, gəmilərlə yola salınan 180 min ton kənd təsərrüfatı məhsullarının Afrika, Asiya və Avropa ölkələrinə çatdırılması nəzərdə tutulub.

“Razılaşmanın şərtləri yerinə yetirilməyə başlanan ilk gündən etibarən Ukrayna 9.1 milyon ton kənd təsərrüfatı məhsulunu 403 gəmi reysi vasitəsilə Asiya, Avropa və Afrika ölkələrinə ixrac edib”, – nazirlik vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər