10 C
Baku
Friday, December 13, 2024

Taxıl dəhlizi vasitəsilə 9.2 milyon ton ərzaq daşınıb

Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yaranan ərzaq böhranını aradan qaldırmaq üçün formalaşdırılan taxıl dəhlizindən 408 gəmi vasitəsilə 9.2 milyon tondan çox ərzaq daşınıb.

Türkiyənin gərgin diplomatik səyləri nəticəsində ötən ilin iyul ayında İstanbulda Birgə Koordinasiya Mərkəzi yaradılıb. Məhsulların təhlükəsiz daşınmasına məhz buradan nəzarət olunub.

Türkiyənin müdafiə naziri Hulusi Akarın əlaqədar tərəflərlə keçirdiyi görüşlər və Birgə Koordinasiya Mərkəzinin intensiv işi nəticəsində taxılla yüklənmiş ilk gəmi avqustun 1-də Odessa limanından yola çıxıb. 120 günü əhatə edən razılaşma çərçivəsində Ukrayna limanlarını tərk edən ilk gəmi olan Sierra Leone bayraqlı “Razoni” 26 min ton qarğıdalı ilə Livanın Tripoli Limanına yola düşüb.

Oktyabrın 20-da Ukrayna limanlarından çıxan gəmilərin sayı 408-ə çatarkən, buğda, qarğıdalı, arpa kimi daşınan məhsulların həcmi 9 milyon 200 min tonu keçib.

Bildirilib ki, daşınan məhsulların 47 faizi Avropaya, 20 faizi Asiyaya, 16 faizi Türkiyəyə, 13 faizi Afrikaya, 4 faizi isə Yaxın Şərqə çatdırılıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər