9 C
Baku
Monday, November 18, 2024

Taxıl haqqında qanunvericilik təkmilləşdirilir

Taxıl haqqında qanunvericilik təkmilləşdirilir.

Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli fərmanın icrası ilə bağlı taxıl haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs tərəfindən “Dövlət Taxıl Fondunun saxlanılması və istifadəsi qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli qərarına müvafiq dəyişiklik layihəsi hazırlanıb və layihə aidiyyəti qurumlarla razılaşdırılır.

Layihədə ərzaqlıq buğdanın ölkəyə idxalı zamanı qarşıya çıxan aktual problemlərin həlli ilə bağlı müddəalar, o cümlədən ərzaqlıq buğdanın tədarükü, saxlanması, keyfiyyət göstəriciləri və s ilə bağlı məsələlər əks olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər