Taxıl işinə türkiyəli admiral rəhbərlik edəcək

Ukrayna taxılının daşınması üzrə İstanbul koordinasiya mərkəzinə türkiyəli admiral rəhbərlik edəcək.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, mərkəzdə iyulun 22-də sazişə imza atmış dördlüyün 20 nümayəndəsi işləyəcək. Məlumata görə, Ukrayna, Rusiya və BMT nümayəndələri artıq İstanbula gəlməyə başlayıblar. Ukrayna və Rusiya hərbçiləri yalnız zərurət yarandığı təqdirdə görüşəcək. Onlar ayrı-ayrı kabinetlərdə işləyəcəklər.

Ukraynanın üç limanından – Odessa, Yujnı və Çornomorskdan taxılın daşıması marşrutlarında naviqasiyanın təhlükəsizliyinə nəzarət gecə-gündüz həyata keçiriləcək.

Xatırladaq ki, ərzaq məhsullarının və gübrələrin dünya bazarlarına ixracı probleminin həli üçün iyulun 22-də İstanbulda sənədlər paketi imzalanıb. Buraya İstanbul koordinasiya mərkəzinin təşkili də daxildir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər