30 C
Baku
Wednesday, July 17, 2024

“Taxıl müqaviləsi” i daha 2 ay uzadıldı

“Taxıl müqaviləsi” daha 60 gün uzadılıb.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bütün dünyaya şad xəbər vermək istərdim. Ölkəmizin intensiv səyləri ilə və şəxsən mənim təşəbbüsümlə başlanmış Qara Dəniz Taxıl Dəhlizi haqqında sazişdən xəbəriniz var. Sazişin uzadılmasının son dövrü, Türkiyə rəhbərliyi sayəsində İstanbulda imzalanan Rusiya və Ukraynanın konstruktiv mövqeyi və BMT-nin yardımı ilə 18 mayda başa çatıb. Qara dəniz taxıl dəhlizi ilə bağlı sazişin daha 2 ay uzadılması qərara alınıb.Bu qərarın bütün tərəflər üçün faydalı olmağını  arzulayıram. Biz razılaşmanın bütün şərtlərini yerinə yetirərək gələcəkdə də səylərimizi davam etdirəcəyik. Rusiyalı dostlarımız türk gəmilərinin Ukrayna limanlarından çıxmasına mane olmayacaqlarını bildirdilər. Biz bunun üçün onlara minnətdarıq” – Türkiyə lideri vurğulayıb.

Ərdoğan taxıl müqaviləsinin uzadılması ilə əlaqədar Putin, Zelenskiy və Quterreşə təşəkkür edib.

Türkiyə prezidenti bildirib ki, taxıl müqaviləsinin uzadılması Rusiya və Ukraynanın konstruktiv yanaşmaları sayəsində mümkün olub.

Son xəbərlər
Digər xəbərlər