18 C
Baku
Sunday, September 29, 2024

“Taxıl müqaviləsinin müddətinin uzadılması ilə bağlı hələlik qərar verilməyib”

Taxıl sazişinin müddətinin uzadılmasından öncə, Rusiya müqavilənin yerinə yetirilməsinin effektivliyini qiymətləndirməlidir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib.

Peskov müqavilənin müddətinin uzadılması qərarının hələ verilmədiyini vurğulayıb:

“Rusiyanın sazişdə iştirakının bərpası müddətin uzadılması deyil, bu mövzu rəsmi şəkildə müzakirə olunmalıdır. Bu ayın 19-u müqavilənin müddəti bitir və təbii ki, müqavilənin uzadılması üçün onun həyata keçirilməsinin effektivliyini qiymətləndirmək, razılaşmaların bütün tərəflərinin hansı şəkildə icra olunduğuna baxmaq lazım olacaq və bundan sonra hər hansı qərar qəbul etmək mümkün olacaq”.

O həmçinin Rusiyanın sazişdə iştirakının bərpası məsələsində əsas etimad faktoru olaraq Türkiyənin iştirakını qeyd edib:

“Rəsmi Ankaranın, Türkiyə diplomatlarının, hərbçilərinin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın tərəfindən görülən işlər yüksək qiymətə layiqdir.”

MənbəApa
Son xəbərlər
Digər xəbərlər