17 C
Baku
Monday, May 13, 2024

“Taxıl sazişi” Ərdoğanla Putinin görüşündən sonra uzadıla bilər

Ukrayna taxılını dünya bazarına çıxarılmasını nəzərdə tutan “Taxıl sazişi” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında keçiriləcək görüşdən sonra uzadıla bilər.

Məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, hazırda bu məsələ ilə bağlı optimizm yoxdur. Rəsmi Moskva indiki şəraitdə sazişin uzadılmasının mümkünsüzlüyünü vurğulayıb. Ukrayna da razılaşmanın müddətinin uzadılmasının şərtlərinin dəyişdirilməsinə qarşı çıxıb.

Məlumata görə, hazırkı mürəkkəb vəziyyəti Türkiyə və Rusiya prezidentlərinin danışığı dəyişə bilər. Bu, yaranmış şərait üçün yeganə ümid mənbəyi sayılır.

Xatırladaq ki, R.T.Ərdoğan iyulun 8-də bildirib ki, sazişin müddəti iyulun 17-də başa çatır: “Rusiya bu müddəti azı 3 ay uzatmalıdır”. Onun sözlərinə görə, Rusiya Prezidenti V.Putin bu ilin avqustunda Türkiyəyə səfər edəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərində bildirib ki, dünya “taxıl dəhlizi”nin fəaliyyətin uzadılmasında maraqlıdır. O, bunu sazişin fəaliyyəti heç kimin ovqatından asılı olmamasını da vurğulayıb.

Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Xatırladaq ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər