9 C
Baku
Sunday, November 17, 2024

“Taxıl sazişi”nin dayandırılmasından sonra ilk gəmi Odessadan çıxıb

İyulun 16-da Rusiyanın müqavilədən çıxması ilə Qara Dəniz “Taxıl sazişi”nin fəaliyyətinin dayandırılmasından bəri ilk gəmi Odessa limanını tərk edib.

Bunu Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov “Twitter” hesabında bildirib.

“Joseph Schulte (Honq-Konq bayrağı altında üzən) konteyner gəmisi Ukraynanın Qara dənizdəki limanlarına mülki gəmilərin gəlməsi üçün yaradılmış dəhlizlə hərəkət edir. Bu nəqliyyat dəhlizi ilk növbədə Rusiyanın tam miqyaslı işğalı zamanı Ukrayna limanlarında olan gəmilərin evakuasiyası üçün istifadə olunacaq” – ukraynalı nazir qeyd edib.

Onun sözlərinə görə ötən ilin fevralından Odessa limanında olan konteyner gəmisi 30 min tondan çox yük daşıyır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər