9 C
Baku
Friday, December 13, 2024

“Taxıl sazişi”nin ləğvindən sonra Ukraynadan çıxan ilk gəmi Bosfora daxil olub

Rusiya “Taxıl sazişi”nə xitam verdikdən sonra Ukraynadan yola düşən ilk ticarət gəmisi Bosfor boğazına daxil olub.

Bu barədə Türkiyənin “Sözcü” qəzeti yazıb.

Bildirilib ki, 23 fevral 2022-ci ildən indiyə qədər ilk dəfə Odessa limanından 30 min tondan çox yüklə yola düşən “Joseph Schulte” gəmisi İstanbul yaxınlığındakı Ambarlı limanında lövbər salacaq.

Xatırladaq ki, bu ilin 18 iyul tarixindən etibarən Rusiya “Qara Dəniz Taxıl Təşəbbüsü”nün (“Taxıl sazişi”) müddətinin uzadılmasından imtina edib, Türkiyə, Ukrayna və BMT-ni bununla bağlı məlumatlandırıb.

Prezident Vladimir Putin bu qərarın qəbul edilməsini onunla izah edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri Qərb ölkələri tərəfindən yerinə yetirilməyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər