Azərbaycanda taxıl sahələrinin 35,9 faizində biçin başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyinə istinadən verilən məlumata əsasən, iyunun 20-nə olan operativ məlumata görə, biçin başa çatmış 362 716,6 ha sahədən 1 126 943 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,1 sentner, o cümlədən arpa üzrə 30,3 sentner, buğda üzrə 32,9 sentner təşkil edir.
Respublikada arpa sahələrinin 2/3 hissəsində biçin prosesi yekunlaşıb. Ölkə üzrə 369 303,7 hektar arpa sahəsindən 258 161,1 hektarı biçilib. Sahələrdən 783 092,1 ton məhsul yığılıb.
Bu il ölkədə 640 min hektardan artıq sahədə buğda əkini aparılıb. İyunun 20-dək 104 555 hektar buğda sahəsi biçilib, sahələrdən 343 850,9 ton məhsul yığılıb.
Biçin prosesi davam edir.