Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Samur-Abşeron kanalının istismarı idarəsi “Rassa” MMC ilə 1.6 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Taxtakörpü-Ceyranbatan Kanalında sementləmə aparılması işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 594 352 manatdır.