15 C
Baku
Friday, March 29, 2024

Tayvan adasında 17 Çin döyüş təyyarəsi və 5 gəmi görünüb

ABŞ-ın yüksək səviyyəli rəsmilərinin Tayvana səfərindən sonra bölgədə gərginlik artmaqda davam edir.

Tayvan Müdafiə Nazirliyi adanın ətrafında Çinə məxsus 17 döyüş təyyarəsi və 5 döyüş gəmisinin göründüyünü açıqlayıb.

Təyyarələrdən 10-nu Tayvan boğazında hava və dəniz xəttinin şərqinə və cənub-qərb hissəsinə uçdub.

Açıqlamada Çin hava və dəniz vasitələrinin elektron izləmə vasitələri, patrul təyyarələri, gəmilər və yer raket sistemləri ilə izləndiyi qeyd edilib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin ayın əvvəlindəki səfərindən sonra Çin ordusu ada ətrafında hərbi təlimlərə başlayıb.

7 gün davam edən təlimlər adanın ətrafında faktiki blokada yaradıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər