Ölkənin maliyyə bazarlarında son zamanlar ticarətin kəskin şəkildə azalması ilə əlaqədar olaraq Tayvan hökuməti təcili tədbirlər görmək niyyətindədir. Maliyyə bazarının canlandırılmasını stimullaşdırmaq məqsədilə Maliyyə Nəzarəti Komissiyası investorların ödədikləri vergilərin dərəcələrini azaltmağı tövsiyə edib. Qanun layihəsi artıq yekun variantda hökumətə təqdim edilib. Komissiyanın təklifinə əsasən, dividendlər şəklində əldə edilən gəlirlərdən tutulan əlavə vergilər ləğv olunmalıdır. Bundan əlavə, yerli və xarici investorlar üçün vergi yükü bərabərləşdirilməlidir.
Hazırda Tayvandakı investorlar müqayisə oluna bilən digər yurisdiksiyalarla (məsələn, Honkonq kimi) daha yüksək dərəcələrlə vergi ödəyirlər. Komissiyanın açıqlamasına görə, təklif edilən dəyişikliklər Tayvanın işgüzar bazarlarının beynəlxalq rəqabət imkanlarını artıracaq.
©Vergilər.az