Tayvan 2023-cü ildə dənizdəki adalarda dron əleyhinə müdafiə sistemlərini yerləşdirməyə başlayacaq.
Sistemin ilk elementləri Tayvanın nəzarətində olan Kinmen adalarında yerləşdiriləcək.
“Bütün səviyyələrdə zabitlər və hərbi qulluqçular “münaqişələri və mübahisələri qızışdırmamaq” prinsipinə uyğun ayıq-sayıq olmağa davam edəcəklər”, – deyə bildirilib.
Qərara səbəb isə Tayvandakı maneələrdən birinin üzərində uçan Çin PUA-sı ilə insident olub. Hərbçilər silahdan istifadə ittihamı doğurmamaq üçün onu daş ataraq qovmalı olublar. Tayvan hərbçilərinin reaksiyasını əks etdirən video Çin sosial mediasında sürətlə yayılıb.