10 C
Baku
Thursday, December 12, 2024

Tayvan Çinin “bir ölkə, iki sistem” planını rədd edib

Tayvan bu həftənin əvvəlində yayımlanan ağ sənəddə Pekinin təklif etdiyi “bir ölkə, iki sistem” modelini rədd edib. Bu barədə Tayvan Xarici İşlər Nazirliyinin nümayəndəsi Coan Ou məlumat verib. “Tayvan “bir ölkə, iki sistem” ideyasını qəti şəkildə rədd edir. Yalnız Tayvan xalqı öz gələcəyini müəyyən edə bilər”, – deyə Coan Ou söyləyib.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

Qeyd edək ki, avqustun 10-u dərc olunan ağ sənəddə ÇXR səlahiyyətliləri yenidən birləşməyə yönəlmiş sülh səylərində irəliləyiş olmadığı halda Tayvanda hərbi ssenarinin istifadəsinə də icazə verib. Xüsusilə, xarici qüvvələrin və ada dövlətinin müstəqilliyini dəstəkləyənlərin mümkün müdaxiləsi ilə bağlı belə bir qərar verilə bilər.

Tayvan ətrafında vəziyyətin gərginləşməsi avqustun əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin adaya səfəri ilə bağlı baş verib. O, Tayvana səfərini ABŞ-ın “parlaq və dinamik” demokratiyaya dəstəyinin əlaməti adlandırıb. Çin rəsmiləri onun səfərini tənqid edərək, ABŞ-ı “vahid Çin” prinsipini pozmaqda və adanın yaxınlığında atışma ilə irimiqyaslı hərbi təlimlərə başlamaqda ittiham ediblər.

Son xəbərlər
Digər xəbərlər