Tayvan hərbi dronlar üçün 1.6 mlrd. dollar ayırıb

Tayvan hərbi dronların hazırlanması və istehsalına 1.6 milyard ABŞ dolları (50 milyard Tayvan dolları) vəsait ayırıb.

Ada hökuməti üç il ərzində PUA-ların, o cümlədən mikro-dronların və kəşfiyyat vasitələrinin istehsalına başlamağı planlaşdırır. Layihənin əsas məqsədi “xüsusi missiyalar üçün” dronların istehsalı olacaq.

PUA bir neçə yerli özəl şirkət tərəfindən istehsal olunacaq.

Tayvan ordusu hazırda ABŞ-dən dronlar alır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər