8 C
Baku
Friday, December 13, 2024

Tayvan ilk rabitə peykini buraxacaq

Tayvan ABŞ-ın “SpaceX” şirkətinin köməyi ilə 2026-cı ildə ilk rabitə peykini buraxmağı planlaşdırır.

Taybey ümumilikdə altı “b5g” kosmik gəmisini Yer orbitinə çıxarmağı planlaşdırır, bunlardan ikisi adanın elmi təşkilatları tərəfindən, dördü isə kommersiya podratçılarının iştirakı ilə hazırlanmışdır. İlk peykin buraxılışı 2026-cı il, ikincisi isə 2028-ci il üçün nəzərdə tutulub. Onların işə salınması Tayvana 28 milyon dollara başa gələcək.

Keçən ilin iyul ayında Tayvan Triton (“Külək tutucu”) adlandırılan ilk meteoroloji peykini buraxmağı planlaşdırdığını bildirib.

2022-ci ilin iyul ayında Tayvan Mərkəzi Xəbər Agentliyi mini peykləri orbitə çıxarmaq üçün nəzərdə tutulmuş hibrid HTTP-3A raketinin sınaqdan keçirildiyini bildirib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər