13 C
Baku
Sunday, November 24, 2024

Tayvan ordusu Pelosinin mümkün səfəri ərəfəsində hərbi hazırlıq səviyyəsini artırıb

Tayvan ordusu hərbi hazırlıq səviyyəsini artırıb.

Bu barədə Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Buna səbəb ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəridir.

Məlumata görə, döyüş hazırlığının səviyyəsi çərşənbə axşamı səhər saat 08:00-dan cümə axşamı günorta saatlarına qədər davam edəcək.

Tayvan mediasının məlumatına görə, Pelosi çərşənbə axşamı axşam adaya gələcək, oteldə gecələyəcək və ertəsi gün yerli hökumətin başçısı Tsay İnq-ven ilə görüşəcək.

Pelosinin səfəri son 25 ildə amerikalı siyasətçinin Tayvana ilk səfəri kimi olacaq.

Pekin dəfələrlə Vaşinqtona xəbərdarlıq edib ki, səfər baş tutsa, bu, nəticəsiz qalmayacaq və Çin sərt tədbirlər görəcək.

Xatırladaq ki, Pelosinin başçılıq etdiyi nümayəndə heyəti Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyaya səfər etmək üçün Asiyaya uçub.

Konqresini saytında yerləşdirilmiş xəbərdə Tayvana səfərdən bəhs edilmir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər