10 C
Baku
Thursday, December 26, 2024

Tayvan siyasi gərginliyə görə valyuta volatelliyini cilovlamaq üçün hərəkətə keçir

Tayvan Mərkəzi Bankı Çinin adaya qarşı hərbi və iqtisadi hərəkətlərini sərtləşdirdiyi üçün valyuta və maliyyə bazarlarını sabit saxlamaq niyyətində olduğunu bildirir. Bu barədə Banker.az Bloomberg-ə istinad edir.

Valyuta Departamentinin baş direktoru Eugene Tsai cümə günü Taypeydə jurnalistlərə bildirib ki, pul qurumu bu həftə valyuta bazarlarına kiçik intervensiya edib.

“Heç bir çaxnaşma tərzində satış təzyiqi yox idi” deyə, Tsai deyib.

Tsai, xarici investorların bir gündə böyük miqdarda səhm satdıqlarını da əlavə edir.

Cümə günü ayrı-ayrı məlumatlar, Mərkəzi Bankın valyuta bazarına keçən ay volatilliyi yumşaltmaq üçün intervesniya etdiyini, ehtiyatların $1.15 milyard azalaraq $547.8 milyarda düşdüyünü yayımlayıb.

Tayvan dolları bu həftə az voletil oldu və cümə günü yerli vaxtla saat 16:00-da ABŞ valyutasına qarşı 29.95 səviyyəsi ilə bağlanıb.

Çin bu həftə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfərindən sonra ada ətrafında hərbi təlimlərə başlayıb, Tayvanla bəzi ticarət əlaqələrini kəsib və N.Polisiyə qarşı sanksiyalar elan edib.

Son xəbərlər
Digər xəbərlər