Tayvanın maliyyə bazarlarında canlanma yaranmasını təşviq etmək məqsədilə ölkənin Maliyyə Nəzarəti Komissiyası hökumətə investorların son illərdə ödədikləri vergiləri azaltmağı tövsiyə edib. Son variantda Tayvan hökumətinə təqdim olunmuş qanun layihəsi ilə bağlı komissiyanın təklifində qeyd edilib ki, hazırda dividendlərdən gələn gəlirlərdən tutulan əlavə vergilər ləğv olunmalıdır.
Daha bir təklifə əsasən isə dividend gəlirlərindən tutulan vergilərlə yerli və xarici investorlar üçün vergi yükü bərabərləşdirilməlidir.
Komissiyanın sədri Cennifer Van bildirib ki, hazırda Tayvandakı investorlar Honkonq kimi bu ölkə ilə müqayisə oluna biləcək digər yurisdiksiyalardakı investorlardan daha artıq vergi ödəyirlər.
Komissiyanın gəldiyi nəticəyə əsasən, son variantda təklif olunan vergi tədbirləri Tayvanın işgüzar bazarlarındakı beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək üçün prioritet məsələləri əhatə etməlidir.
©Vergilər.az