10 C
Baku
Friday, December 13, 2024

Tayvanda müharibə dünya ticarətinin 40%-nin işini pozacaq

Tayvanın xarici işlər naziri Cozef Vu adada baş verəcək hipotetik müharibənin dünya ticarətinin 40%-nin işini pozacağını bildirib.

O, bu barədə İspaniyanın ABC qəzetinə müsahibəsində bildirib.

Cozef Vu adanın coğrafi mövqeyinə diqqət çəkərək, dünyada daşınan yüklərin 40%-dən çoxunun Tayvan boğazından keçdiyini qeyd edib. Diplomat onu da vurğulayıb ki, Tayvanda dünyada mikrosxemlərin 60%-dən çoxu və ən qabaqcıl yarımkeçiricilərin 90%-i istehsal olunur.

“Müharibə dünya ticarətinin 40%-dən çoxunu pozacaq. Odur ki, ABŞ Tayvanın özünü müdafiə edə bilməsi üçün qoruyucu avadanlıqla təmin etmək və əsgərləri öyrətmək üçün səylərini davam etdirməlidir”.

Son xəbərlər
Digər xəbərlər