Tayvanın Çjunşan Elm və Texnologiya İnstitutu yeni “hava-hava” tipli raketin yaradılması üzərində işlərə başlayıb.
Bu barədə “Taybey şibao” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, “TC-5” adlanan raket təxminən 160 km məsafə qət edəcək. Öz xüsusiyyətlərinə görə, o, Amerikanın orta mənzilli “AIM-120” raketinin analoquna çevrilməlidir.
Layihə Tayvanın “TC-2” raketinin texnologiyalarına əsaslanır. Onun Tayvanın layihələndirdiyi yeni nəsil qırıcıda istifadə ediləcəyi gözlənilir.