Tayvanın əhalisi 2075-ci ilə qədər yarıya yaxın azala bilər

Tayvanın* əhalisi aşağı doğum səviyyəsi və sürətli qocalma fonunda 2075-ci ilə qədər 12,15 milyon nəfərə qədər azala bilər.

Banker.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi yazır.

Milli İnkişaf Şurasının proqnozuna görə, bu, hazırkı səviyyə ilə müqayisədə təxminən 48%-lik azalma deməkdir.

Demoqrafik dəyişiklik əmək bazarına da ciddi təsir göstərəcək. Proqnoza əsasən, 2075-ci ildə 15-64 yaşlı əmək qabiliyyətli əhalinin sayı 5,13 milyon nəfərə qədər azalacaq, 65 yaşdan yuxarı insanların sayı isə 6,43 milyona çatacaq.

Əhalinin sürətlə azalması Tayvanda uzunmüddətli əmək qüvvəsi çatışmazlığı yarada və iqtisadi artıma təzyiq göstərə bilər. Demoqrafik geriləmə eyni zamanda adanın müdafiə qabiliyyəti üçün də uzunmüddətli çağırış yaradır.

*Azərbaycanda Çinin ərazisi kimi tanınır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər