19 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Azərbaycan bazarına yeni bank daxil ola bilər, rəhbəri deyir

Screen Shot 2021 09 02 at 14.34.20

Gürcüstanın “TBC Bank”ı Azərbaycanın bank bazarına daxil ola bilər.

Banker.az APA-ya istinadən xəbər verir ki, bunu bankın baş icraçı direktoru Vaxtanq Butsxiridze 2019-cu ilin nəticələri ilə bağlı media nümayəndələri və ekspertlərin iştirakı ilə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, “TBC Bank” gələcəkdə həm Azərbaycan, həm də Özbəkistan bank bazarlarlarına daxil olmağı planlaşdırır.

Qeyd edək ki, “TBC Bank” ötən ilin göstəricilərinə görə Gürcüstanın ümumi bank bazarının depozit portfelinin 39,3%-ni, kredit portfelinin isə 38,7%-ni təşkil edir.

Xatırladaq ki, hazırda Azərbaycanda xarici kapitallı 14 bank (nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini təşkil edən 7 bank, nizamnamə kapitalının 50%-dən az olan hissəsini təşkil edən 7 bank, xarici bankların filialları 2 bank) fəaliyyət göstərir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər