7 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında “TBC Kredit” BOKT MMC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2005019164 dövlət qeydiyyat nömrəli, 1 000 000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Bu barədə Banker.az-a BFB-dən bildirilir.
Hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilmişdir. İstiqrazın hərrac qiyməti 1 000 manat müəyyən edilmişdir.
İstiqrazın illik faiz dərəcəsi 12%, faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000.00 AZN təşkil etmişdir.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000.00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 07 iyun 2024-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.