21 C
Baku
Wednesday, June 4, 2025

“TBC Kredit” BOKT-də ciddi geriləmələr var

Gürcüstan bankının Azərbaycandakı törəməsi “TBC Kredit” BOKT 2024-cü ili 71 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici əvvəlki ildəki 1 milyon 265 min manatlıq mənfəətlə müqayisədə 18 dəfə azalma deməkdir.

Banker.az bunu BOKT-nin illik audit hesabatına istinadən xəbər verir.

İlin sonunda BOKT-un faiz gəlirləri 5 milyon manatı keçsə də, əməliyyat xərcləri və ehtiyat ayırmaları nəticəsində vergidən əvvəlki mənfəət cəmi 225 min manat olub. Ən böyük xərc xərci 2,5 milyon manatla işçi heyəti ilə bağlı xərclər olub.

Aktivlər isə kəskin şəkildə 20,5 milyon manatdan 13,9 milyon manata düşüb. Bu azalma əsasən kredit portfelindəki 5 milyona yaxın azalma və pul vəsaitlərindəki ciddi geriləmə ilə əlaqəlidir. 2023-cü ildə müştərilərə verilmiş kreditlər 14,2 milyon manat olduğu halda, 2024-cü ilin sonunda bu göstərici 9,2 milyon manata enib.

BOKT-un öhdəlikləri 8,8 milyon manatdan 2 milyon manata düşsə də, kapitalda ciddi dəyişiklik olmayıb – 11,8 milyon manat səviyyəsində qalıb.

BOKT keçən il filial sayını 4-dən birə endirib.

Xatırladaq ki, “TBC Kredit” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 8.453 milyon manatdır. BOKT-un təsisçisi 100% Gürcüstanın “TBC Bank”ıdır.

t9

Son xəbərlər
Digər xəbərlər