Azərbaycanda fəaliyyət göstərən xarici kapitallı BOKT “TBC Kredit” MMC-nin işçi heyəti ötən il (2017-ci il) ərzində azalaraq 92 nəfərə düşüb.
Banker.az-ın əldə etdiyi məlumatda bu deyilir.
Hesabata görə, 2016-ci ildə bu rəqəm 124 nəfər olduğu halda, 2017-ci ilin sonu 32 nəfər azalıb. Qeyd etməliyik ki, “TBC Kredit” 2015-ci ildə işçi heyətinin sayı 158 nəfər idi. Görünür artıq BOKT-un gəlirlərinin kəskin azalması və mənfəətə çıxa bilməməsi administrativ və digər işçi heyətinə çəkilən xərclərin azaldılmasına görə işçi heyətinin azaldılmasına zəmin yaradır. Ötən il ərzində BOKT-un işçi heyəti xərcləri 3,3 mln. manatdan 2,98 mln. manata düşüb.
Vacib faktı qeyd edək ki, təkcə ötən il ərzində BOKT-un gəlirləri 50%-ə yaxın azalmaqla 5,56 mln. manata düşüb. Qurumun xalis mənfəətə çıxmasına rəğmən balansında illərdir yığılıb qalmış 4,18 mln. manatlıq zərər var.