“TBC Kredit” BOKT ötən ildə gəlirləri 18% azalıb, özü isə 30% kiçilib

“TBC Kredit” bank olmayan kredit təşkilatı MMC 2019-cu ili ərzində 3.09 mln. manatlıq faiz gəliri əldə edib. Bu 2018-ci illə müqayisədə 18% azalma müşahidə edilməsi deməkdir.

Banker.az bu barədə “Baker Tilly Azerbaijan” audit şirkəti tərəfindən aparılan hesabatda deyilir.

Bununla belə BOKT-un faiz gəlirləri ilə yanaşı faiz xərcləri də azalaraq 624 min manata düşüb – ötən il 1.66 mln. manat idi.

Gəlirləri bütün xərclərini qarşılamaqla 248 min manatlıq xalis mənfəət əldə edə bilib, lakin öncək illə müqayisədə bu 7 dəfə azalma deməkdir.

Böyük kiçilmə

“TBC Kredit” BOKT 2019-cu il ərzində aktivləri 30% kiçilməli olub. 1 yanvar 2020-ci ildə cəmi aktivlərin həcmi 16.04 mln. manat olub, il öncə bu rəqəm 23 mln. manat idi. Cəmi aktivlərinin 12.5 mln. manatı müştərilərə verilmiş kreditlərdir, bu, bir il öncə 17.09 mln. manat həcmində idi.

BOKT 2019-cu il ərzində qiymətli kağızlar (3.43 mln. manat) və müddətli borcları (3.49 mln. manat) tam olaraq sıfırladıb. Əvəzində 1,35 mln. manatlıq lizinq borcu yaranıb.

“TBC Kredit” BOKT-un cəmi kapitalı 7.56 mln. manat təşkil edib.

Xatırladaq ki, BOKT-un 100%-lik kapitalına Gürcüstanın “TBC Bankı” SC sahibdir.