8 C
Baku
Monday, November 18, 2024

“TBC Kredit” BOKT yenidən borc cəlb edir

8 iyul 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “TBC Kredit” BOKT MMC-nin ümumi dəyəri 1 000 000 (bir milyon) AZN olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

14 iyul 2022-ci il tarixində “TBC Kredit” BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. 

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. 

İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2006019163
İstiqrazların növü və forması Faizli təmin edilməmiş sənədsiz adlı
İstiqrazların sayı 1000 (ədəd)
Nominal Dəyəri 1,000 AZN
Ticarətə buraxlma tarixi 14.07.2022
İllik faiz dərəcəsi 12%
Tədavül müddəti 2 il
Kupon faizlərinin ödəniş müddəti Hər 6 aydan bir

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi)  bölməsində yerləşdirilmişdir.

Son xəbərlər
Digər xəbərlər