8 C
Baku
Monday, November 18, 2024

“TBC Kredit” BOKT yenidən borclanır

2 iyun 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “TBC Kredit” BOKT MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Banker.az-a BFB-dən bildiriblər.

7 iyun 2022-ci il tarixində “TBC Kredit” BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Qeyd edək ki, sonuncu dəfə TBC Kredit BOKT ötən ilin sentyabrında 3 mln. manat istiqraz buraxmışdı. Bu borc qiymətli kağızlarının illik ödəniş faizi 12% təşkil etmişdi. Halbuki, ölkədə bu investisiya aləti kimi yüksək gəlirli sayılır.

1 yanvar 2022-ci il tarixinə olan gösdtəricilərinə görə, “TBC Kredit BOKT”un yerli banklara olan borcu 3.73 mln. manatdan 2.84 mln. manata düşüb. Yelo Bank-a olan borcu 2.65 mln. manatdan 2.12 mln. manata düşdüyü halda, PAŞA Bank-dan 721 min manatlıq yeni borc cəlb edib. Qiymətli kağızlar üzrə isə 3.03 mln. manatlıq öhdəliyi yaranıb. Ətraflı.

İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2005019164
İstiqrazların növü və forması Faizli təmin edilməmiş sənədsiz adlı
İstiqrazların sayı, əd. 1,000
Nominal Dəyəri 1,000 manat
Ticarətə buraxlma tarixi 07.06.2022
İllik faiz dərəcəsi 12%
Tədavül müddəti 2 il
Kupon faizlərinin ödəniş müddəti Hər 6 aydan bir

 

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi)  bölməsində yerləşdirilmişdir.

Son xəbərlər
Digər xəbərlər