14 C
Baku
Friday, May 17, 2024

“TBC Kredit BOKT”də xərclərin artması hesabına xalis mənfəəti azalıb – 2023-cü il üzrə hesabat

Gürcüstan bankının Azərbaycandakı törəmə bank olmayan kredit təşkilatı “TBC Kredit BOKT” MMC 2022-ci ildən zəif xalis mənfəət göstəricisi ilə 2023-cü ili bitirib.

Banker.az bunun BOKT-nin audit hesabatına istinadən xəbər verir.

“TBC Kredit” 2023-cü ildə 4 mln. 405 min manat faiz gəliri əldə edib. Bu 2022-ci ildən 16 faiz yuxarı göstəricidir. Lakin bütün gəlir və xərclər fərqi ardından kredit təşkilatının xalis mənfəəti 1 mln. 265 min manata düşüb. Bu da illik müqayisədə 18 faiz azdır. Məsələn, 2022-ci ildə 1 mln. 537 min manat xalis mənfəət əldə etmişdi.

BOKT-nin xalis mənfəətinə təsir edən amil adminstariv və işçi xərclərin yüksəlməsidir.

Xalis mənfəətdən sonra BOKT-nin balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 3 mln. 276 min manat təşkil edib.

BORCLAR ALIB, KREDİTLƏRİ YÜKSƏLDİB

“TBC Kredit” BOKT aktivlərini son bir ildə 19 faiz artırmaqla 20 milyon 522 min manata yüksəlib. Aktivlərin artımını dəstəkləyən amil onun əsas fəaliyyət istiqaməti olan müştərilərə verdiyi kredit portfelinin 12 faiz artımla 11 milyon 718 min manata yüksəlməsi və əmlak və avadanlıqların 12 faiz artaraq 5 milyon 57 min manata yüksəlməsidir.

BOKT kreditləşməni artırarkən bank borcları da artıb. Məsələn, 2023-cü ilin əvvəlində 642 min manat olan bank borcları ilin sonuna 5 mln. 498 min manat olub.  Hesabatda qeyd edilir ki, BOKT keçən il 14% illik dərəcə ilə 6 mln. manatlıq borc alıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər