6 C
Baku
Tuesday, January 21, 2025

“TBC Kredit” kredit portfelini 13% artırıb

Hesabat ilində TBC Kredit kredit portfelini 2012-ci ilin dekabrın sonuna olan göstəricilərlə müqayisədə 13% artırmışdır. 31 dekabr 2013-cüil tarixinə kredit portfeli 4893 aktiv kreditlə 41,4mln. dollara çatmışdır. Portfeldə 49%-lə biznes kreditləri üstünlük təşkil edir, ipoteka və istehlak kreditlərinin payı müvafiq olaraq 16% və 35%-dir. Maliyyələşdirilməsi 4,5 il bundan əvvəl başlayan mikrobiznes kreditləri biznes portfelinin demək olar ki, 54%-i təşkil edir.

Keçən ilin göstəriciləri ilə müqayisədə verilən istehlak və mikrobiznes kreditlərinin həcmi artmışdır. Belə ki, istehlak kreditləri portfeli 18,5% (31 dekabr 2013-cü ilə 14,4 mln.dollar, 31 dekabr 2012-ci ilə 12,2 mln.dollar), mikrobiznes kreditləri portfeli 32% (31 dekabr 2013-cü ilə 11,03 mln.dollar, 31 dekabr 2012-ci ilə 8,4 mln.dollar) artmışdır.

Ötən ildə TBC Kredit kredit portfelinin keyfiyyətini qoruyub saxlamaqla göstəricilərini artırmış, yeni tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurmuş, uzunmüddətli vəsaitlər cəlb etmiş və 2 mln.manat məbləğində şəxsi istiqrazlarını uğurla yerləşdirmişdir.

TBC Kredit beynəlxalq və yerli maliyyə institutları ilə maliyyə vəsaitlərinin cəlb edilməsi sahəsində  uğurla əməkdaşlıq edir. Belə ki, TBC Kredit 2013-cü il ərzində Azərbaycanda biznes-kreditləşməsinin inkişafına yönəltdiyi ümumi həcmi 11,8 mln.dollar olan bir neçə tranş almışdır. Şirkətin beynəlxalq tərəfdaşları siyahısına MicroVest, responsAbility Social Investments AG, Triple Jump, OPIC (Overseas Private Investment Corporation, USA) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) daxildir.Ötən ilin ortalarında Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq haqqında saziş imzalanmışdır.

2014-cü ilin sonuna TBC Kredit kredit  portfelini 50 mln.dollara qədər artırmasını planlaşdırır.

Prioritet olaraq biznes layihələrinin maliyyələşdirilməsi və Azərbaycan Respublikası üzrə filial şəbəkəsinin genişləndirilməsi qalır.

Son xəbərlər
Digər xəbərlər