“TBC Kredit” Bank Olmayan Kredit Təşkilatının (BOKT) maliyyə aktivləri il ərzində iki dəfə yə yaxın kiçilib.
Banker.az bu barədə BOKT-nin 2016-ci ilə olan audit hesabatına istinadən xəbər verir.
Məlumata görə, 2015-ci illə müqayisədə cəmi aktivləri 23 milyon manata yaxın kiçilərək 26 milyon manat olub. Bu aktivlərin də 20,2 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edir. Bu 2015-ci illə müqayisədə portfelin 2 dəfə azalması deməkdir.
Bankın öhdəlikləri ilə aktivləri arasındakı fərq bir qədər də kiçilib. Belə ki, hazırda kredit təşkilatının cəmi öhdəlikləri 23,1 milyon manat təşkil edir.
“TBC Kredit”nin faiz gəlirləri azalaraq 8,3 mln. manat olub. Keçən il gecikmədə olan kreditlərə görə 9,4 mln. manat ehtiyatların ayrılması nəzərdə tutulub. Buna baxmayaraq 5,5 milyon xalis fazi gəliri bu məbləği ödyə bilməyib. Kredit Təşkilatının ümümi zərəri il üzrə 7,7 mln. manatdan çox olub. Beləliklə, BOKT-un cəmi kapitalı 3 dəfə kiçilərək 2016-ci ildə cəmio 3 mln. manat təşkil edir.
Xatırladaq ki, “TBC Kredit” Azərbaycan bazarında 1999-cu ildən fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır.