15 C
Baku
Friday, April 26, 2024

Tbilisi ukraynalı qaçqınlara sığınacaq verilməsini dayandıracaq

İyulun 31-dən Gürcüstanın paytaxtı Tbilisi Ukraynadan olan qaçqınların sığınacaqla təmin olunması proqramını məhdudlaşdırır.

Gürcüstan mətbuatında bildirilir ki, ukraynalı qaçqınlar aylıq maddi yardım alacaqlar. Bu, hər ailə üçün 300 lari (təxminən 100 ABŞ dolları) və əlavə olaraq adambaşına 45 lari (16 dollar) müəyyən edilib. Bundan əlavə, beynəlxalq təşkilatlar (“World Vision” və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı – UNHCR) adambaşına 235 lari (80 ABŞ dolları) məbləğində yardım paketini nəzərdən keçirir.

Mart ayından Tbilisi meriyası qaçqınları gündə üç dəfə yeməklə müxtəlif otellərə yerləşdirib. Bu proqram çərçivəsində şəhər 5 100-ə yaxın insanı qəbul edib, bu gün 2 300-dən çox ukraynalı otellərdə yaşayır.

Tbilisi meriyasının proqramı ayın sonunda başa çatacaq.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər