Tbilisidə banka silahlı basqın olub

  •  
  •  
  •  
  •  

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Qldani rayonunda yerləşən “Liberty Bank”ın filialına silahlı basqın olub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, maskalı silahlı şəxs müəyyən məbləğdə pul oğurlaya bilib və hadisə yerindən qaçıb. Bank əməkdaşları və müştərilər filialda olsalar da, basqın nəticəsində xəsarət alanın olmadığı bildirilir.

Bank filialı əvvəllər də silahlı basqına məruz qalıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.


  •  
  •  
  •  
  •