Gürcüstanın paytaxtı Tbilisidə bankda soyğunçuluq hadisəsi baş verib.
Apsny.ge-yə istinadən, soyğunçuluq hadisəsi “Liberty Bank”ın Suxişvili küçəsində yerləşən filialında baş verib.
Bildirilir ki, nəticədə iki nəfər yaralanıb. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları çalışır.
Gürcüstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 179-cu – soyğunçuluq maddəsi ilə araşdırma başladılıb.
ONA