Gürcüstanın paytaxtı Tbilisidə ictimai nəqliyyatda birdəfəlik gediş haqqı 2 dəfə artırılacaq.
Bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə fevralın 1-dən limitsiz bilet sisteminin tətbiqi ilə əlaqədar paytaxt şəhərində 90 dəqiqəlik metro, avtobus və mikroavtobuslarda birdəfəlik gediş haqqının qiyməti 0,5 laridən 1 lariyə qaldırılacaq.
Yeni sistemə görə sərnişinlər 1 günlük biletə 3 lari, 1 həftəlik biletə 20 lari, 1 aylıq biletə 40 lari, 3 aylıq biletə 100 lari, 6 aylıq biletə 150 lari və 1 illik biletə 250 lari ödəməli olacaq.