10 C
Baku
Monday, November 18, 2024

Tbilisidə kirayə mənzil qiymətləri 2 dəfədən çox bahalaşıb

Gürcüstanın paytaxtı Tbilisidə kirayə mənzil qiymətləri iki dəfədən çox bahalaşıb.

Bu barədə “TBC Capital”ın aylıq təhlillərində bildirilib. Qeyd olunub ki, cari ilin fevralında paytaxt şəhərində mənzil qiymətləri ötən ilin fevralı ilə müqayisədə 2.25 dəfə bahalaşaraq orta hesabla hər kvadratmetr üçün 13.1 dollar təşkil edib.

Fevralda mənzillərin satış qiyməti isə illik müqayisədə 30% bahalaşaraq hər kvadratmetr üçün orta hesabla 1136 dollara bərabər olub.

Ötən ay Tbilisidə ümumilikdə 3 383 mənzil satılıb ki, bu da yanvar ayı ilə müqayisədə 19%, illik müqayisədə isə 12% çoxdur. Satılan mənzillərin 72%-nin sahəsinin 75 kvadratmetrdən az olduğu bildirilib.

Tbilisidə ən bahalı mənzillər şəhərin Vake və Mtatsminda rayonlarında, kvadratmetri orta hesabla 1800 dollara satılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər