Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə mikromaliyyə təşkilatının binasına silahlı basqınla bağlı məlumat yayıb.
Patrul Polisi Xidmətinin rəhbəri Vaja Siradze bildirib ki, paytaxtın Tsereteli prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən mikromaliyyə təşkilatının binasına bir nəfər silahlı şəxs basqın edib.
“Bizdə olan məlumata görə, hazırda təşkilatın ofisində 9 girov və bir silahlı basqınçı var. Faktla əlaqədar oğurluq və qeyri-qanuni odlu silah daşıma maddələri ilə cinayət işi açılıb”, – deyə V. Siradze bildirib.
Qeyd edək ki, insidentlə əlaqədar ofisin yerləşdiyi binanın sakinləri təxliyə edilib.