Gürcüstanın “Georgian Airways” şirkəti Tbilisidən Moskvaya birbaşa uçuşları bərpa edib.
Təyyarə bu gün saat 08:00-da Tbilisi aeroportundan havaya qalxıb. Təyyarənin Moskva vaxtı ilə 10:15-də Vnukovo hava limanına enəcəyi gözlənilir.
Məlumata görə, uçuşlar həftədə 7 dəfə həyata keçiriləcək.
Xatırladaq ki, mayın 19-da Rusiya və Gürcüstan arasında 2019-cu ildən bu yana dayandırılan uçuşlar bərpa edilib. Ötən gün Rusiyanın “Azimut” aviaşirkəti Moskvadan Tbilisiyə uçuş həyata keçirib.