24 C
Baku
Thursday, April 18, 2024

TBMM noyabrın 16-da İsveçin NATO-ya üzvlüyünü müzakirə edəcək

İsveçin Şimali Atlantika Alyansına (NATO) üzvlüyünün təsdiqini nəzərdə tutan layihə noyabrın 16-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasında müzakirəyə çıxarılacaq.

Komissiya iclasda bəzi beynəlxalq müqavilələrə dair qanunvericilik təkliflərini də müzakirə edəcək.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər