Aparıcı biznes kredit işçisi

“TCF” Bank olmayan kredit təşkilatı ASC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları üçün Aparıcı biznes kredit işçisi vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Yeni müştərilərin cəlb edilməsi üçün aktiv marketinq təbliğatının həyata keçirilməsi və müştərilərə təşkilatın kredit məhsullarına dair məlumatın verilməsi;
  • Müraciət ərizələrinin qəbulu, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlili, ödəmə qabiliyyətinin müəyyən edilməsi;
  • Müraciətlərin kredit komitəsinə təqdim edilməsi və müdafiəsi;
  • Kredit portfelinin formalaşdırılması və idarə edilməsi;
  • Kredit layihələri üzrə risklərinin qiymətləndirilməsi;
  • Müvafiq hesabatların hazırlanması:
  • Müştərilərin geri ödənişlərinə nəzarət;

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil (idarəetmə, maliyyə, biznes və s. iqtisadi sahələr üzrə);
  • Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Müştərilərlə davranış etikası.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini hr@tcf.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (“Aparıcı biznes kredit işçisi-Bakı” və ya (“Aparıcı biznes kredit işçisi-Sumqayıt”) qeyd etməklə göndərmələri xahiş olunur.
CV-lər həmçinin aşağıda göstərilən ünvanlara təqdim edilə bilər:
Baş İdarə
Ünvan: Bakı şəh., Ə. Naxçıvani küç. 3066-cı məhəllə

“Sumqayıt” filialı
Ünvan: Sumqayıt şəh., Cəfər Cabbarlı küç. 20 E
Faks: (99412) 563 23 27

 

Son xəbərlər
Digər xəbərlər