2 C
Baku
Saturday, December 14, 2024

Aparıcı biznes kredit işçisi

“TCF” Bank olmayan kredit təşkilatı ASC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları üçün Aparıcı biznes kredit işçisi vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Yeni müştərilərin cəlb edilməsi üçün aktiv marketinq təbliğatının həyata keçirilməsi və müştərilərə təşkilatın kredit məhsullarına dair məlumatın verilməsi;
  • Müraciət ərizələrinin qəbulu, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlili, ödəmə qabiliyyətinin müəyyən edilməsi;
  • Müraciətlərin kredit komitəsinə təqdim edilməsi və müdafiəsi;
  • Kredit portfelinin formalaşdırılması və idarə edilməsi;
  • Kredit layihələri üzrə risklərinin qiymətləndirilməsi;
  • Müvafiq hesabatların hazırlanması:
  • Müştərilərin geri ödənişlərinə nəzarət;

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil (idarəetmə, maliyyə, biznes və s. iqtisadi sahələr üzrə);
  • Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Müştərilərlə davranış etikası.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (“Aparıcı biznes kredit işçisi-Bakı” və ya (“Aparıcı biznes kredit işçisi-Sumqayıt”) qeyd etməklə göndərmələri xahiş olunur.
CV-lər həmçinin aşağıda göstərilən ünvanlara təqdim edilə bilər:
Baş İdarə
Ünvan: Bakı şəh., Ə. Naxçıvani küç. 3066-cı məhəllə

“Sumqayıt” filialı
Ünvan: Sumqayıt şəh., Cəfər Cabbarlı küç. 20 E
Faks: (99412) 563 23 27

 

Son xəbərlər
Digər xəbərlər