-1 C
Baku
Sunday, December 15, 2024

TCMB-nin valyuta ehtiyyatları 4% azaldı

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 3.63 mlrd ABŞ dolları, yaxud 3.9% azalaraq 88.19 milyard ABŞ dolları təşkil edib. Bu barədə TCMB-nin öncəki həftə üzrə hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 42.82 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 2.41 mlrd ABŞ dolları, yaxud 5.3% azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1.22 milyard ABŞ dolları, yaxud 2.6% azalaraq 45.38 mlrd ABŞ dolları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər