TDT çərçivəsində Qazaxıstanda “TuranSEZ” xüsusi iqtisadi bölgəsi yaradılacaq

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Qazaxıstanın Türküstan vilayətində “TuranSEZ” xüsusi iqtisadi bölgəsi yaradılacaq.

Bu barədə İstanbulda keçirilən TDT-nın ticarət və iqtisadiyyat nazirlərinin 12-ci iclası zamanı Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.

O qeyd edib ki, tərəflər həmçinin rəqəmsal iqtisadiyyat ortaqlığına dair sənədin imzalanmasına dair razılığa gəliblər.

TDT-nın ticarət və iqtisadiyyat nazirlərinin 12-ci iclasının nəticələrinə dair bəyannamə də imzalanıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər