Bu gün Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” mövzusunda sammit keçiriləcək.
Bu barədə Xarici İşlər Nazirliyi “Twitter“ səhifəsində paylaşım edib.
Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı ilə 2022-2026-cı illəri əhatə edən strategiya, qaydalar və prosedurlar haqqında bir sıra mühüm sənədlər imzalayıb.