13 C
Baku
Wednesday, November 20, 2024

Teatrdakı mənimsəmə ilə bağlı Rəsmi açıqlama

Xəbər verdiyimi kimi Azərbaycan Dövlət Pantomima Teatrında 2019-cu ildən mühasibi vəzifəsində çalışmış Kərimova Aytən Ceyhun qızı külli miqdarda mənimsəmədə ittiham olunur.

O, vəzifədə işlədiyi müddətdə 332 000 manat vəsait mənimsəyib. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən saytımıza açıqlama verilib. Açıqlamada aşağıdakılar qeyd olunub:

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanılıb. İstintaq tamamlanıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlum olub ki, Aytən Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəyib. Bununla da Mədəniyyət Nazirliyinin əmlakının qorunub saxlanılması və maliyyə vəsaitlərindən qənaətlə, fəaliyyətə uyğun istifadəsinə və nazirliyin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.

Son xəbərlər
Digər xəbərlər