9 C
Baku
Saturday, December 21, 2024

TƏBİB-in tabeliyindəki xəstəxanalarda elektron sistemdə problem yarandı

Azərbaycanda Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrindəki İcbari Tibbi Sığortaya bağlı olan elektron sistemdə problem yaranması, buna görə xəstəxanalarda növbələr yaranması barədə məlumat yayılıb.

Məsələ ilə bağlı quruma sorğu ünvanlanıb.

“14.09.2024-cü il tarixində səhər saatlarında internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.

Problem qısa müddətdə aradan qaldırılıb və sistem tam olaraq fəaliyyətini bərpa edib”, – TƏBİB-dən sorğuya cavab olaraq bildirilib.

Mənbətrend
Son xəbərlər
Digər xəbərlər